- 12:57
Çin ABŞ-nin İranla işgüzar əlaqələr saxlayan ölkələrə 25 faiz əlavə gömrük rüsumu tətbiq etməsinə etiraz edib.
E-huquq.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Pekin rəhbərliyi hər cür qanunsuz birtərəfli sanksiyalara qarşıdır və qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək.
ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində qərarının qəti olduğunu və dərhal qüvvəyə mindiyini vurğulayıb.
Qərarın İranla böyük həcmdə ticarət aparan Çinə mənfi təsir edəcəyi gözlənilir. İranın xarici ticarətinin 30%-ni təşkil edən Çin ən böyük töhfə verən ölkədir və ölkənin neft ixracının 90%-ni alır.
Humay Eminqızı