- 15:56
Rusiyada dövlətə xəyanətdə təqsirləndirilən azyaşlının əməllərinin qarşısı alınıb.
E-huquq.az xəbər verir ki, bu barəd Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Müəyyən edilib ki, 2008-ci il təvəllüdlü şəxs “Messenger” vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə əlaqə yaradıb və onların tapşırığı ilə Mariupol ərazisində Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrinin yerləşdiyi yerlər barədə məlumat toplayıb.
Azyaşlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) üzrə cinayət işi başlanıb.
Humay Eminqızı