- 17:21
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun terror təşkilatı ilə bağlı apardığı araşdırmalar çərçivəsində keçirilən əməliyyatlar zamanı 8 nəfər saxlanılıb.
Şübhəlilərin xeyriyyə ianələri adı altında terror təşkilatı üçün pul topladığı məlum olub.
Ünvanlarda aparılan axtarışlar zamanı ələ keçirilən rəqəmsal materiallar müsadirə edilib.
Şəbnəm Mehdizadə