Rusiyada doğum evində 9 körpə ölüb


  • 15:47

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində 9 körpə ölüb.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda dekabrın 1-dən yanvarın 11-dək Novokuznetsk doğum evində doğulan 17 körpənin vəziyyətinin ağır olduğu qeyd olunub.

Açıqlamada körpələrə infeksiya diaqnozunun qoyulduğu və onlardan 9-nun dünyasını dəyişdiyi bildirilib.

Xəstəxananın fəaliyyəti gigiyenik və epidemioloji vəziyyətə görə müvəqqəti olaraq dayandırılıb.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər