Suriya ordusu Fərat çayının qərbində YPG terror təşkilatının işğal etdiyi əraziləri rəsmən hərbi bölgə elan edib.
E-huquq.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu işğal olunmuş ərazilər kamikadze pilotsuz təyyarələrlə Hələbə hücumlar üçün istifadə olunur.
Terror təşkilatının bu bölgələrdə qoşun toplaması, həmçinin Hələbə pilotsuz təyyarələrin hücumları üçün istifadə etməsi səbəbindən Fərat çayının qərbində işğal altında olan ərazilər hərbi bölgə elan edilib.
Bu çərçivədə terrorçulardan Fərat çayının şərqinə çəkilmələri istənilib.
Mülki şəxslərə terror təşkilatlarına aid ərazilərdən uzaq durması barədə çağırış edilib.
"Suriya ordusu bu bölgədə toplanan silahlı qrupların buradan cinayətkar fəaliyyətlər üçün baza kimi istifadə etməməsi üçün bütün lazımi tədbirləri görəcək" – məlumatda qeyd olunub.
Qeyd edək ki, artan hücumlardan sonra Suriya ordusu yanvarın 7-də Hələbdə YPG terror təşkilatının işğal etdiyi məhəllələrə qarşı əməliyyata başlayıb.
Əməliyyatın ardından Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeid məhəllələri terror təşkilatının işğalından azad edilib.
Şəbnəm Mehdizadə
