ABŞ-də mühəndisə 16 il həbs cəzası verilib


  • 16:07

ABŞ-də sabiq Hərbi Dəniz Qüvvələri mühəndisi, 25 yaşlı Jinchao Wei Çin kəşfiyyatına məxfi məlumatlar ötürdüyünə görə 16 il həbs cəzası alıb.

E-huquq.az xəbər verir ki, ABŞ Federal Məhkəməsi bu barədə qərar qəbul edib.

Mühəndisin USS Essex amfibiya hücum gəmisinə aid 60-dan çox təlimatı və əməliyyat məlumatlarını 18 ay ərzində 12 min dollara Çin tərəfinə ötürdüyü təsdiqlənib.

Wei 2025-ci ilin avqustunda casusluq da daxil olmaqla altı maddə üzrə təqsirli bilinərək həbs olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər