İranda etirazlar zamanı 2000-dən çox insan həlak olub


  • 16:22

İranda etirazlar zamanı 2000-dən çox insan həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İranda rejim əleyhinə etirazlar 17 gündür davam edir.

Tehran administrasiyasının etirazları yatırması nəticəsində ölənlərin dəqiq sayı qeyri-müəyyən olaraq qalır.

Reuters agentliyinə danışan İran rəsmisi bildirib ki, etirazçılar və təhlükəsizlik işçiləri də daxil olmaqla, təxminən 2000 nəfər həyatını itirib.

Dünən gecə ölkə boyu etirazlar davam edib.

Ölkədə 108 saatdan çoxdur ki, internet kəsilib.

İranla beynəlxalq telefon əlaqəsi yanvarın 13-dən bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər