İstanbulda prokuror hakimi güllələyib


  • 16:27

Türkiyənin İstanbul şəhərində prokuror hakimi güllələyib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Kartal bölgəsində baş verib.

Belə ki, prokuror Məhəmməd Çağatay Kılıçarslan məhkəmə binasında hakim A.K-ya silahdan atəş açıb.

Xəsarət alan hakim xəstəxanaya aparılıb.

Hadisəni törədən dövlət ittihamçısı saxlanılıb.

Onun barəsində İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər