- 16:41
Malayziya hökuməti "X" sosial şəbəkəsini istifadəçi təhlükəsizliyini təmin etmədiyi üçün məhkəməyə verəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Rabitə Naziri Fəhmi Fadzil məlumat verib.
Nazir paytaxt Kuala-Lumpurda keçirilən tədbirdə çıxış edərkən dezinformasiyanın yayılmasının ölkədə ciddi problemə çevrildiyini və bununla mübarizənin ümumi məsuliyyət olduğunu vurğulayıb.
O platformanı istifadəçi təhlükəsizliyini təmin etmədiyi üçün məhkəməyə verməyi nəzərdən keçirdiklərini də vurğulayıb.
"Bu problemi təkbaşına həll edə bilmərik. Ona görə digər əlaqədar qurumlarla sıx əməkdaşlıq zəruridir" - deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə