- 00:06
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan və ABŞ arasındakı strateji tərəfdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.
Məlumata görə, xüsusilə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların icra vəziyyəti və gələcək birgə təşəbbüslər müzakirə mövzusu olub. Mirzoyan ilə Rubio Bakı və İrəvan arasındakı sülh prosesinin institusionallaşdırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə atılan addımları nəzərdən keçiriblər.
Görüşün ən diqqətçəkən məqamı “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) proqramı çərçivəsində Ermənistan-ABŞ çərçivə sazişi ilə bağlı birgə bəyanatın təsdiqlənməsi olub. Sözügedən strateji sənədin detallarının yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.