Tailandda kran qatarın üzərinə düşdü - 22 ölü, 70 yaralı


  • 09:16

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Khaosod" qəzeti xəbər verib.

Həlak olanların əksəriyyəti qırıntılar altında sıxılıb qalıb.

Hadisə krallığın şimal-şərqində yerləşən Nakxonratçasima əyalətində baş verib. Qatar Banqkok - Ubonratçatxani marşrutu ilə hərəkət edirdi. Toqquşma nəticəsində qatar relsdən çıxıb və yanğın baş verib.

Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları işləyirlər, onlar üç vaqonda bloklanmış sərnişinləri xilas etməyə çalışırlar. Ümumilikdə təxminən 200 nəfər.

Oxşar xəbərlər