- 12:36
İndoneziyanın Sumatra adasında “Marapi” vulkanı püskürüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Antara”xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, vulkan külü kraterdən 1,6 min metr hündürlüyə, yəni dəniz səviyyəsindən 4 491 metr yüksəkliyə qalxıb.
Kül şimal-şərq istiqamətində yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirinin Azaldılması Mərkəzi yerli sakinlərə və bölgəyə gələn qonaqlara ehtiyatlı olmağı və vulkan kraterinə 3 kilometrlik radiusda yaxınlaşmamağı tövsiyə edib.
Humay Eminqızı