İstanbulda yaşayış binasında güclü yanğın zamanı 8 nəfər xəsarət alıb


  • 10:50

Türkiyənin İstanbul şəhərində yaşayış binasında güclü yanğın baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Kadıköy səmtində yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsində naməlum səbəbdən yanğın balayıb.

Qısa zamanda alov bütün binanı bürüyüb.

Ünvana yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Yuxarı mərtəbələrdə sıxılmış vəziyyətdə qalanlarxilas edilib.

Hadisə nəticəsində 8 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğın təxminən 1 saat ərzində nəzarət altına alınaraq söndürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər