Rusiyada terror aktının qarşısı alınıb


  • 11:07

Rusiyanın Sankt-Peterburq şəhərində terror aktının qarşısı alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 1966-cı il təvəllüdlü Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ələ alınmış və diversiya fəaliyyəti üzrə təlim keçmiş Rusiya vətəndaşı qadın saxlanılıb.

Qadın üçüncü ölkələr vasitəsilə Rusiyaya gəldikdən sonra Smolensk vilayəti ərazisində gizli yerdən odlu silah və əl istehsalı partlayıcı qurğunu götürməyə cəhd edib. O, bu vasitələrdən Leninqrad vilayətində müdafiə-sənaye kompleksinə aid müəssisələrdən birinin əməkdaşını öldürmək üçün istifadə etməli idi.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 222.1-ci maddəsinin 3-cü hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsinə cəhd) üzrə cinayət işi açılıb.

Bundan əlavə, qanunsuz fəaliyyətin CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq) və 275-ci maddəsi (dövlətə xəyanət) üzrə əlavə hüquqi qiymətləndirilməsi istiqamətində tədbirlər görülür.

Humay Eminqızı

Oxşar xəbərlər