- 12:36
Türkiyənin Qars şəhərində qar və çovğun bəzi fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, dünəndən yağan güclü qar şəhərin əksər yollarının buz bağlamasına səbəb olub.
Güclü qar və çovğunun davam etməsi ilə əlaqədar olaraq bəzi yollar ağır nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Bölgədə qar təmizləmə qrupları işə başlayıb.
Şəbnəm Mehdizadə