Məzmuna keç

Çin hərflərini tanıyan məşhur şimpanze 49 yaşında vəfat edib

İdrak qabiliyyətləri ilə elm dünyasında tanınan, Çin hərflərini və ingilis əlifbasını tanıya bilən məşhur şimpanze Ai 49 yaşında dünyasını dəyişib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Kyoto Universiteti Ainin qocalıqla bağlı orqan çatışmazlığı səbəbiylə cümə günü vəfat etdiyini açıqlayıb.

Yapon dilində adı "sevgi" mənasını verən Ai 1977-ci ildə Qərbi Afrikadan Yaponiyaya gətirilib. Primatoloq Tetsuro Matsuzavanın apardığı araşdırmalarda Ai idrak qabiliyyətləri ilə dünyanı heyran edib.

Ai-nin akademik nailiyyətləri yalnız dillərlə məhdudlaşmaypıb.

O, 100-dən çox Çin simvolunu və bütün ingilis əlifbasını tanıya bilirdi.

O, 0-dan 9-a qədər ərəb rəqəmlərini və 11 müxtəlif rəngləri ayırd edə bilirdi.

Kyoto Universitetinin tədqiqatçıları Ainin tədqiqatlarda fəal iştirak etdiyini bildiriblər.

Ai-nin həyatı boyu əldə etdiyi nəticələr Nature kimi nüfuzlu elmi jurnallarda dərc olunub və çoxsaylı sənədli filmlərdə nümayiş etdirilib.

Şəbnəm Mehdizadə