Sağlam dişlər uzun ömrün sirrindən xəbər verir - ARAŞDIRMA


  • 11:37

Yaponiyanın Osaka Universitetinin yeni araşdırmasına görə, dişlərin vəziyyəti həyati əhəmiyyət daşıyır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşı 75d-ən çox olan 190 mindən çox insanın sağlamlıq və stomatoloji qeydləri üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, ağızdakı sağlam və dolğulu dişlərin sayı ölüm riskini proqnozlaşdıran ən güclü göstəricidir. Əskik və ya çürük dişlərin çoxluğu ölüm riskinin çox olmasından xəbər verir.

Əlavə olaraq, diş itkisi və digər ağız problemlərinin xroniki iltihaba və qidalanma pozuntularına yol açaraq erkən ölüm riskini artırdığı vurğulanıb.

Mütəxəssislər yaşlılıq dövründə yalnız diş sayının deyil, onların vəziyyətinin də daim nəzarətdə saxlanılmasının vacibliyini qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər