- 12:36
ABŞ-nin Los-Anceles şəhərində küçədə top oynamağı qadağan edən qanun ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 1945-ci ildə qüvvəyə minən qanuna görə, küçələrdə, səkilərdə və ya parklarda xüsusi ayrılmış yerlərdən kənarda top oynamaq, əşyalar atmaq və ya atəş açmaq qadağan edilib.
Qanunu pozanları 1000 dollara qədər cərimə və 6 aya qədər həbs cəzası gözləyir.
Qanunun ləğvi təklifini irəli sürən Şura üzvü Bob Blumenfild mövcud vəziyyəti sərt şəkildə tənqid edib. Blumenfild valideynin övladı ilə evinin qarşısındakı səkidə oynamasının və ya qonşuluqda futbol oynayan uşaqların cinayətkar hesab edilməsini absurd adlandırıb.
Blumenfield silahdan atəş açmaq kimi digər təhlükəli hərəkətlərin artıq müxtəlif qanunlarla qadağan olduğunu deyib.
Buna görə də mövcud müddəa yalnız gündəlik oyun fəaliyyətlərini məhdudlaşdırır.
Şəbnəm Mehdizadə