“The Times”: Böyük Britaniya Ukraynanı Rusiya nefti hesabına maliyyələşdirmək istəyir


  • 12:36

Böyük Britaniya Rusiya “kölgə donanmasına” aid gəmilərdən müsadirə edilmiş neftdən əldə olunan vəsaitlərin Ukraynanın hərbi səylərinə dəstək üçün yönəldilməsi imkanını müzakirə edir.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, variantlardan birinə görə, London təkcə Rusiyanın hərbi maşınına gedən maliyyə axınlarını dayandırmaqla kifayətlənməyəcək, eyni zamanda sanksiyalara məruz qalmış neftin satışından əldə olunan pulları birbaşa Ukraynaya yönəldəcək.

Bununla belə, mənbələr bu mexanizmin praktik həyata keçirilməsinin hələ də açıq sual olaraq qaldığını etiraf edirlər.

Bu planlar fonunda Böyük Britaniyanın xüsusi təyinatlı bölmələri Rusiya “kölgə donanmasına” aid gəmilərə qarşı mümkün reydlərə hazırlaşır. Söhbət helikopterlərdən tanker gəmilərinə enmək və ekipajları ələ keçirmək üzrə təlim keçmiş elit bölmələrdən gedir.

Belə əməliyyatlar hökumətin sanksiya qanunvericiliyi və çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanun çərçivəsində əməliyyatlar üçün hüquqi bazanı müəyyən etməsindən sonra mümkün olub.

Humay Eminqızı

Oxşar xəbərlər