- 15:01
Rusiya və Namibiya nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair hökumətlərarası çərçivə sazişi imzalamaq niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə “Rosatom”un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 13 yanvar tarixində Rosatom Dövlət Korporasiyasının beynəlxalq məsələlər üzrə baş direktorunun müavini Nikolay Spasski Rusiyaya səfəri çərçivəsində Namibiya Respublikasının beynəlxalq əlaqələr və ticarət naziri Selma Aşipala-Musavya ilə görüşüb.
Görüş zamanı nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən uran yataqları üzrə birgə iş, habelə hökumətlərarası çərçivə sazişinin imzalanmasına hazırlıq müzakirə edilib.
Humay Emimqızı