- 15:01
ABŞ federal hökumətinin büdcə kəsiri keçən ilin dekabrında illik müqayisədə 67 faiz artaraq 145 milyard dollara çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik 2025-ci ilin dekabr ayı üçün büdcə hesabatını açıqlayıb.
Əvvəlki ilin eyni dövründə federal hökumətin büdcə kəsiri 87 milyard dollar idi.
Bu dövr üçün bazar gözləntiləri 140,7 milyard dollar kəsir idi.
Ötən ilin dekabrında dövlət gəlirləri illik müqayisədə 7 faiz artaraq 484 milyard dollara, xərclər isə illik müqayisədə 16 faiz artaraq 629 milyard dollara çatıb.
2026-cı maliyyə ilinin ilk üç ayında ümumi büdcə kəsiri əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 602 milyard dollara düşüb.
Ötən ilin eyni dövründə bu kəsir 711 milyard dollar olub.
Maliyyə ilinin üçüncü ayına olan məlumata görə, gəlirlər illik müqayisədə 13 faiz artaraq 1,2 trilyon dollara, xərclər isə 2 faiz artaraq 1,8 trilyon dollara çatıb.
Şəbnəm Mehdizadə