Fransada əhalinin artımında mənfi tendensiya müşahidə edilib


  • 14:42

Fransada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə əhalinin artımında mənfi tendensiya müşahidə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fransa Milli Statistika İnstitutu məlumat yayıb.

Son məlumatlara görə, ötən il ölkədə 645 min doğumla müqayisədə 651 min ölüm qeydə alınıb.

Bu o deməkdir ki, ilk dəfə olaraq ölümlər doğumu üstələyib və nəticədə əhalinin təbii artım tempi mənfi olub.

Bu mənfi balansa baxmayaraq, Fransa əhalisi artmaqda davam edir. Insee, əhalinin illik artım tempi 0,25 faiz olmaqla 2026-cı il yanvarın 1-nə kimi 69,1 milyon nəfərə çatacağını bildirir. Bu artımda həlledici faktorun 2025-ci ildə ölkəyə gələcək 176.000 immiqrant olacağı təxmin edilir.

Mütəxəssislər oxşar tendensiyaların Avropanın bir çox ölkəsində müşahidə olunduğunu bildiriblər.

Demoqrafik meyllər göstərir ki, uşaq baxımı xidmətlərinin gücləndirilməsi, ailələrə dəstək proqramlarının genişləndirilməsi və yaşlılara qayğı sistemlərinin yenidən qurulması dövlət siyasətinin prioritetlərinə çevrilir. Bu tədbirlər Fransanın uzunmüddətli sosial-iqtisadi modelinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər