- 16:47
Üçüncü Rusiya-Afrika sammitinə hazırlıq mühüm əhəmiyyət kəsb edir. Sammit 2026-cı ildə keçirilə bilər.
E-huquq.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Namibiyanın beynəlxalq əlaqələr və ticarət naziri Selma Aşipala-Musavya ilə danışıqların yekununda bildirib.
“Bu gün üçüncü Rusiya-Afrika sammitinə hazırlığın vacibliyi qeyd edilib. Birincisi 2019-cu ildə Soçidə, ikincisi isə 2023-cü ildə Sankt-Peterburqda keçirilib.Hazırda 2026-cı ildə üçüncü belə sammitin təşkili ilə bağlı müzakirələr aparılır”, - nazir bildirib.
Humay Eminqızı