- 17:46
Qazaxıstan Xarici İşlər Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı yaxınlığında üç tankerə pilotsuz təyyarələrin hücumundan ciddi narahatlığını bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erlan Jetıbayevin açıqlamasında bildirilib.
O deyib ki, Qara dənizdə hücuma məruz qalan tankerlər bütün lazımi icazələrə və identifikasiya avadanlığına malik olublar.
Jetıbayevin sözlərinə görə, Qazaxıstan diplomatları hücumlardan sonra neft daşımalarının təhlükəsizliyi ilə bağlı tədbirləri xarici tərəfdaşlarla müzakirə ediblər: “Bir sıra Avropa ölkələrinin səfirləri ilə keçirilən təcili görüşlər, eləcə də ABŞ tərəfi və digər xarici tərəfdaşlarla təmaslar zamanı beynəlxalq hüquq normalarına ciddi riayət olunmaqla, o cümlədən dəniz yolları üzrə karbohidrogenlərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi üçün effektiv tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb”.
Humay Eminqızı