- 18:44
Avropa İttifaqı (Aİ) Ukrayna üçün təsdiqlənmiş 90 milyard avronu iki hissəyə bölmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Bölgünün üçdə biri ümumi büdcəyə, üçdə ikisi isə hərbi təchizat üçün ayrılacaq.
"Biz həqiqətən də daha güclü və sabit Ukraynanın qurulmasına dəstəyimizdə növbəti addımı atırıq", - sədr bildirib.
Fon der Leyenin sözlərinə görə, hərbi texnikaya xərclənəcək 60 milyard avro ilk növbədə Aİ və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələrindən avadanlıqların alınmasına sərf olunacaq.
Humay Eminqızı