İstanbulda 3 avtobus toqquşub: yaralılar var


  • 10:09

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Başakşehir səmtində 3 avtobusun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə, tibb və polis qrupları göndərilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər