Britaniyanın Tehrandakı səfirliyi müvəqqəti bağlanıb


  • 10:29

İranda baş verən etirazlara görə Britaniyanın Tehrandakı səfirliyi müvəqqəti bağlanıb və bütün işçilər təxliyə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin sözçüsü məlumat verib.

"Təhlükəsizlik məqsədilə səfirliyin əməkdaşları müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirliyimiz uzaqdan işləməyə davam edəcək" - məlumatda bildirilib.

Vətəndaşlara hadisələrin baş verdiyi ərazilərə yaxın olanlara ehtiyatlı olmaq və İrana bütün səyahətləri ləğv etmək barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər