ABŞ və Böyük Britaniya Qətərdəki aviabazada ixtisarlar edir


  • 10:37

ABŞ və Böyük Britaniya Qətərdəki Əl-Udeyd aviabazasındakı şəxsi heyəti ixtisar etmək qərarına gəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar ABŞ lideri Donald Trampın İranda etirazların sərt şəkildə yatırılmasından sonra Tehrana qarşı hərbi variantları nəzərdən keçirdikdən sonra verilib.

İngiltərə də oxşar addım ataraq bəzi hərbi personalını bölgədən evakuasiya edib.

Qətər hökumətindən verilən açıqlamada bu tədbirlərin regionda mövcud gərginliyə cavab olaraq atıldığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər