Hitrou hava limanında PUA aşkarlandı, uçuşlar dayandırıldı


  • 10:47

Londonun Hitrou hava limanında pilotsuz uçuş aparat aşkar edildiyinə görə uçuş əməliyyatları dayandırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə uçuş və enişlərin müvəqqəti olaraq dayandırılması gecikmələrə səbəb olub.

Sürixdən gələn İsveçrə Hava Yollarına məxsus LX324 reysi təxminən yarım saat havada gözlədikdən sonra Gatwick hava limanına istiqamətləndirilib.

Hava limanının sözçüsü qısa fasilədən sonra əməliyyatların bərpa edildiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər