- 11:51
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) kosmosdan ilk tibbi evakuasiya əməliyyatı həyata keçirib.
E-huquq.az az xarici KİV-ə istinadən xəbər verir ki, bu təxliyə Beynəlxalq Kosmik Stansiyadakı astronavtlardan birinin tibbi yardıma ehtiyacı olmasından irəli gəlib.
avqust ayında stansiyaya yola düşən Zena Cardman, Mayk Fincke, Kimiya Yui və Oleq Platonov missiyalarını fevralın sonuna qədər davam etdirməli idilər. Lakin yanvarın 7-də planlaşdırılan kosmos yürüşü ləğv edilib və evakuasiya prosesinə başlanılıb.
NASA tibbi yardıma ehtiyacı olan astronavtın kimliyini açıqlamayıb. Lakin keçmiş stansiya komandiri Mike Fincke vəziyyətin stabil və təhlükəsiz olduğunu bildirib. O, evakuasiya qərarının ehtiyat tədbiri olduğunu vurğulayıb.
Bu, Beynəlxalq Kosmik Stansiyadakı 25 illik fasiləsiz insan mövcudluğu tarixində ilk tibbi evakuasiyadır. Ən son belə bir təxliyə 1985-ci ildə Sovet kosmonavtı Vladimir Vasyutin tərəfindən Salyut 7 stansiyasından həyata keçirilib.
NASA-nın yeni administratoru Jared Isaacman astronavtların sağlamlığının həmişə ən yüksək prioritet olduğunu qeyd edib.
Şəbnəm Mehdizadə