"Google" valideyn nəzarəti siyasətində dəyişiklik edir


  • 11:10

"Google" şirkəti uşaqları manipulyasiya etməkdə ittiham olunur.

E-huquq.az xarici KİV-əə istinadən xəbər verir ki, şirkət 13 yaşını tamamlayan uşaqlara valideyn nəzarətini söndürməyi təklif edən elektron məktublar göndərməkdə ittiham olunur.

ABŞ-də yerləşən Digital Childhood İnstitutunun onlayn təhlükəsizlik qrupunun rəhbəri Melissa McKayin 12 yaşlı oğlunun aldığı bir e-poçtu paylaşıb.

Gələn mesajda qeyd olunub ki, 13 yaşınız tamam olanda daha çox tətbiq və xidmətlərə daxil olmaq üçün hesabınızı yeniləyə bilərsiniz.

Valideyn bu məktubda onun icazəsi olmadan nəzarətin necə söndürüləcəyi barədə məlumatlar verildiyini qeyd edərək şirkəti sərt şəkildə tənqid edib. O, şirkətin uşaqları manipulyasiya etdiyini bildirib.

Şirkət bundan sonra nəzarət siyasətində dəyişikliklər etdiyini açıqlayıb. Bildirlib ki, 13 yaşını tamamlayan uşaqların valideyn nəzarətini söndürmək üçün artıq valideynin razılığı tələb olunacaq. Məqsəd, bu qərarın yalnız uşağın deyil, ailə üzvlərinin birgə müzakirəsi ilə qəbul edilməsidir.

Bu dəyişiklik, həm valideynlərin, həm də uşaqların nəzarət prosesinə daha rahat şəkildə yanaşmalarını təmin etməyi hədəfləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər