- 11:51
ABŞ-də ölkə daxilində narkotik maddələrdən sui-istifadə və psixi sağlamlıq proqramları üçün ayrılan vəsait ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tram Administrasiyası bu barədə qərar qəbul edib.
Maddə İstifadəsi və Psixi Sağlamlıq Xidmətləri İdarəsinin (SAMHSA) məlumatına görə, 2000 proqramın icrası üçün ayrılan 2 milyard dollarlıq qrant ləğv edilib.
Bu hərəkət idarənin ümumi büdcəsinin təxminən dörddə birini təşkil edir.
Şəbnəm Mehdizadə