- 11:23
Ukraynda 200 minə yaxın əsgər icazəsiz postlarını tərk edib, 2 milyon ukraynalı isə hərbi xidmətdən yayınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Mixaylo Fedorov məlumat verib.
Nazir bildirib ki, Ukrayna ordusu say və döyüş sursatı baxımından xeyli üstün olan düşmənə qarşı illərdir apardığı amansız müharibə səbəbindən şəxsi heyətin cəlb edilməsində ciddi çətinliklərlə üzləşib.
"Daha çox robot daha az itki deməkdir, daha çox texnologiya daha az ölüm deməkdir. Ukrayna qəhrəmanlarının həyatı ən yüksək dəyərdir".
Fedorov ordunun texnoloji komponentinin gücləndirilməsinin əsas prioritet olacağını bildirib.
Şəbnəm Mehdizadə