- 14:35
Qrenlandiyada birgə təlimlərdə iştirak etmək üçün göndərilən fransız əsgərləri bölgəyə yola düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
Makron bildirib ki, Danimarkanın tələbi ilə Qrenlandiyada təşkil edilən "Arctic Resilience" əməliyyatı üçün Fransanın ilk hərbi birləşmələri bölgəyə yollanıb.
Fransanın BFMTV telekanalının məlumatına görə, Paris hökuməti Qrenlandiyaya təxminən 15 əsgər göndərib.
Bu əsgərlər yanvarın 17-dək davam edəcək birgə missiyada iştirak edəcəklər.
Şəbnəm Mehdizadə