- 16:15
Rusiya İngiltərənin Moskvadakı səfirliyində çalışan bir diplomatın kəşfiyyat işçisi olduğu müəyyən edildiyi üçün ölkədən çıxarılmasına qərar verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda diplomatın Britaniya kəşfiyyatı üçün fəaliyyət göstərdiyi aşkarlanıb.
Bildirilib ki, İngiltərənin Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Danae Dholakia nazirliyə çağırılıb və diplomatın Britaniya kəşfiyyatı ilə əlaqəsi barədə əldə olunan məlumatlara etiraz notası təqdim edilib.
Dholakia diplomatın akkreditasiyasının ləğv edildiyi barədə məlumatlandırılıb. Səfirlik əməkdaşı iki həftə ərzində Rusiyanı tərk etməlidir.
Bəyanatda vurğulanıb ki, Rusiya Britaniya kəşfiyyatının ölkə ərazisində gizli fəaliyyətinə icazə verməyəcək və milli təhlükəsizlik maraqlarına uyğun addımlar atmağa davam edəcək. Həmçinin qeyd olunub ki, əgər rəsmi London vəziyyəti gərginləşdirərsə, Rusiya buna adekvat cavab verəcək.
Şəbnəm Mehdizadə