Türkiyənin 3 vilayətinə güclü qar yağacaq - Əhaliyə xəbərdarlıq edildi


  • 16:15

Türkiyənin 3 vilayəti üçün güclü qarla bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, sabah günorta saatlarından etibarən Karabük, Bartın və Kastamonunda güclü qar yağacağı gözlənilir.

Qar örtüyünün 5-20 santimetr təşkil edəcəyi, yağıntının gecə saatlarına qədər davam edəcəyi gözlənilir.

Qeyd olunub ki, qarla əlaqədar olaraq nəqliyyatın hərəkətində fasilələr yarana bilər.

Əhaliyə qar uçqunlarına qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə


 

Oxşar xəbərlər