22.10.2026
Qazaxıstanda avtobus qəzası:
Dünya

Qazaxıstanda avtobus qəzası:

Yan 16, 2026

Qazaxıstanda Aktau şəhərindən Beyneu kəndi istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Respublikanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla təxminən 01:03 radələrində baş verib.

İlkin məlumata görə, avtobusun sürücüsü sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi aşaraq qəza törədib.

Nəqliyyat vasitəsində ümumilikdə 50 sərnişin olub.

Onlardan 4-ü həyatını itirib, 3-ü isə yaralanıb.

Humay Eminqızı