ABŞ-də 6 bal gücündə zəlzələ baş verib


  • 09:54

ABŞ-ın Oreqon ştatı sahillərində 6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentrinin ştatın Bandon şəhərindən 295 kilometr qərbdə olduğu müəyyən edilib.

Zəlzələnin dərinliyi 10 kilometr olub.

Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat verilməyib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə də məlumat yoxdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər