Hollandiyada güclü partlayışdan sonra yaşayış binalarında yanğın başlayıb, yaralılar var


  • 09:57

Hollandiyanın Utrext şəhərində baş verən partlayış nəticəsində bir neçə binada yanğın başlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 4 nfər yaralanıb.

Partlayış baş verən ərazidə zərərçəkənlərə tibbi xidmət göstərmək üçün mobil xəstəxana yaradılıb.

Utrext Bələdiyyə sədri Şaron Dijksma, hadisənin qaz sızması ilə əlaqədar olduğunu bildirib.

O, axtarış- xilasetmə işlərinin davam etdiyini də bildirib.

"Zərər böyükdür. Bir neçə binaya ciddi ziyan dəyib, bəziləri isə dağılıb" - deyə o bildirib.

Hazırda həmin ərazidə bəzi evlərin qazı və işığı kəsilib, evlərinə qayıda bilməyənlər üçün sığınacaqlar yaradılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər