- 11:20
İsrail əsgərlərinin Suriya ərazisindən 250 baş keçini oğurlayaraq işğal altındakı İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindəki fermalara aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 7" televiziyası məlumat yayıb.
Qeyd edilib ki, hadisə təxminən iki həftə əvvəl Suriya ərazisində baş verib.
Suriyalı çoban səhər tezdən yolda gedən onlarla keçini gördükdən sonra bu barədə aidiyyəti qurumlara məlumat verib.
O, bildirib ki, İsrail əsgərləri sürünü oğurlamaq üçün yük maşınları çağırıb.
Hərbi polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Suriya rəsmiləri hələlik məsələ ilə bağlı şərh verməyib.
Şəbnəm Mehdizadə