- 11:20
ABŞ-nin Nyu-York şəhərində 100 min dollarlıq oğurluq hadisəsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Manhetten səmtindəki "Poké Court" adlı mağazaya 3 nəfər naməlum şəxs silahlı basqın edib.
Oğrular mağazanın işçilərinə və müştərilərə silah tuşlayıblar.
Mağaza sahibi Courtney Chin şübhəlilərin təxminən 100.000 dollar dəyərində əşya oğurladığını söyləyib.
Polis hadisə nəticəsində heç kimin xəsarət almadığını, lakin şübhəlilərin hələ də tutulmadığını bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə