NASA və ABŞ Enerji Departamenti Ay üçün nüvə reaktoru hazırlayır


  • 10:27

NASA və ABŞ Enerji Departamenti Ay səthində nüvə parçalanma reaktorunun yaradılması ilə bağlı planları təsdiqləyib.

E-huquq.az-ın məlumatına görə, bu barədə NASA rəsmi açıqlama yayıb.

Bildirilib ki, iki qurum 2030-cu ilə qədər reaktorun hazırlanması və Yer üzərində sınaq mərhələlərinin tamamlanmasını hədəfləyir.

Sözügedən reaktor planlaşdırılan Ay missiyaları üçün uzunmüddətli və fasiləsiz enerji təmin edəcək, həmçinin Yerdən mütəmadi yanacaq göndərilməsi ehtiyacını aradan qaldıracaq.

NASA-nın administratoru Jared Isaacman bildirib ki, bu müqavilə NASA ilə Enerji Departamenti arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcək.

Ayın sərt ekoloji şəraiti təhlükəsiz və etibarlı nüvə reaktorunun qurulmasını çətinləşdirir. Əsas texniki problemlərdən biri tullantı istiliyinin effektiv idarə olunmasıdır.

Alimlər uzun illərdir bu problemlərin həlli üzərində çalışırlar. Mövcud planlara əsasən, ən azı 40 kilovat gücündə olan reaktorun yaradılması nəzərdə tutulur ki, bu da təxminən 30 ev təsərrüfatını 10 il ərzində fasiləsiz enerji ilə təmin etməyə imkan verəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər