- 13:37
Böyük Britaniya Rusiyanın enerji sektoruna hücumlarından sonra Ukraynanın enerji infrastrukturunun bərpasına və qorunmasına kömək məqsədi ilə 20 milyon funt sterlinq (təxminən 27 milyon ABŞ dolları) ayıracaq.
E-huquq.az xəbər verir ki, Böyük Britaniya hökumətinin rəsmi saytında yayımlanan məlumatda vurğulanır ki, ölkə üzrə temperaturun -20°C-yə qədər düşdüyü bir vaxtda yüz minlərlə ukraynalı, o cümlədən uşaqlar və məktəblər istilik və elektrik enerjisiz qalıb.
Qeyd olunur ki, yeni dəstək milyonlarla ailənin, uşağın və yaşlı insanların istilik və elektrik enerjisi ilə təmin olunması üzrə təcili ehtiyacların ödənilməsinə kömək edəcək.
Böyük Britaniya hökuməti həmçinin vurğulayır ki, Ukraynaya yardım 16 yanvarda, iki ölkənin 100 illik tərəfdaşlıq sazişinin birinci ildönümünü qeyd etdiyi gün elan edilib.
Humay Eminqızı