- 13:37
Polşa fevralın 20-də piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından rəsmən çıxacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “Radio Zet”in efirində bildirib.
"Polşa fevralın 20-də Ottava Konvensiyasından çıxır və nəticədə piyada əleyhinə minaları qəbul edib istehsal edə biləcək", - Tomçik bildirib.
Qeyd edək ki, Polşa Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə 2025-ci ilin martında Ottava Konvensiyasından çıxmaq niyyətini bəyan edib. Həmin ilin iyulunda Polşanın o vaxtkı prezidenti Anjey Duda ölkənin konvensiyadan çıxması haqqında parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb.
Humay Eminqızı