Trampla Ursula Fon der Leyenin Ukrayna ilə bağlı danışıqları planlaşdırılır


  • 13:32

ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Leyen Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Trampla Fon der Leyen arasında danışıqlar 100 faiz təsdiqlənməyib, çünki ikitərəfli görüşlər adətən son anda təsdiqlənir.

Məqalə müəlliflərinin fikrincə, Qrenlandiya ətrafındakı vəziyyətə görə siyasətçilərin mümkün görüşü “həlledici” görünür.

Onlar bildiriblər ki, avropalıların qarşısında üçqat vəzifə dayanır: ada ətrafındakı mübahisəni nizamlamağa çalışmaq, ABŞ prezidentini təhdidləri hərbi müdaxiləyə çevirməkdən çəkindirmək və Vaşinqtonun tərəfdən “daha da aqressiv tonun” qarşısını almaq.

Humay Eminqızı

Oxşar xəbərlər