- 15:15
İranın hüquq-mühafizə orqanları terror qruplaşmaları ilə əlaqədə və kütləvi iğtişaşlarda iştirakda ittiham olunan 3 minə yaxın adamı saxlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranda iğtişaşlar rialın məzənnəsinin kəskin ucuzlaşması ilə əlaqədar keçirilən küçə etiraz aksiyalarından sonra dekabrın 29-da başlayıb və ölkənin əksər böyük şəhərlərinə yayılıb.
Hakimiyyət orqanları hüquq-mühafizə strukturlarının təxminən 40 əməkdaşının həlak olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Araqçinin yanvarın 8-də verdiyi açıqlamaya görə, həmin vaxtdan etibarən nümayişçilər arasında silahlı terrorçular da peyda olub.
İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub. ABŞ prezidenti Donald Tramp isə daha əvvəl İslam Respublikasına qarşı güc tətbiq etmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
Humay Eminqızı