- 15:15
Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
E-huquq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Danışıqlar zamanı Yaxın Şərq və İrandakı vəziyyət müzakirə edilib.
Putin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə siyasi-diplomatik addımların fəallaşdırılmasının lehinə olan prinsipial yanaşmaları təqdim edib.
Rusiya tərəfi müvafiq vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətləri əhatə edən konstruktiv dialoqun irəliləyişinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Humay Eminqızı