Peskov: “Putin İran ətrafında gərginliyi azaltmaq üçün səy göstərir”


  • 14:57

Rusiya İran ətrafında və bütövlükdə regionda vəziyyətin deeskalasiyasına töhfə verməyə çalışır.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml nümayəndəsi İran daxilində və ətrafında gərginliyin artması halında Moskvanın Tehrana hansı yardım göstərməyə hazır olduğu sualına belə cavab verib:

“Bu yardım yalnız İrana deyil, bütün regiona, regional sabitlik və sülh işinə də verilir. Rusiya bunu artıq həyata keçirir, o cümlədən prezident fəaliyyətləri sayəsində, hansı ki gərginliyin deeskalasiyasına töhfə verməyə yönəlib”.

Humay Eminqızı

Oxşar xəbərlər