İsrailin Livana hücumu nəticəsində 2 nəfər ölüb


  • 15:15

İsrail Livanın Tire və Nəbatiyyə şəhərlərinə hava zərbələri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı ərazilərdəki nəqliyyat vasitələri hədəf alınıb.

Nəticədə 2 nəfər həyatını itirib.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabrında Livana hücum başladıb, 2024-cü ilin sentyabrında isə bu hücum genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibə zamanı 4 mindən çox insan həlak olmuş, təxminən 17 min nəfər yaralanmışdı.

2024-cü ilin noyabrında Livan və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin atəşkəsi 4 min 500-dən çox dəfə pozduğu, bu pozuntular nəticəsində isə yüzlərlə dinc vətəndaşın öldüyü və yaralandığı bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər