Rusiyanın Hindistana neft tədarükü kəskin şəkildə azalıb


  • 16:36

Dekabrda Rusiyadan Hindistana neft idxalı 2023-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə enərək gündəlik 1,38 milyon barel təşkil edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Rusiyadan gələn xammalın Hindistanın ümumi idxalındakı payı 27,4 faizə düşüb, OPEK ölkələrinin payı isə 53,2 faizə yüksəlib.

Bu dinamikanın əsas səbəbi kimi noyabr ayında qüvvəyə minmiş, Rusiyanın ən iri ixracatçılarına qarşı ABŞ sanksiyaları göstərilir.

Humay Eminqızı

Oxşar xəbərlər